Senet Akademiyası ((beynəlxalq elmi-nəzəri jurnal)), cilt.4, sa.19, ss.35-52, 2022 (Hakemli Dergi)
İlk dəfə XVIII əsrdə İngiltərədə başlayan Sənaye İnqilabı, əslində
mexanikləşmə dövrünün başlanğıc nöqtəsi sayıla bilər. Avropada XVIII-XIX
əsrlərdə yeni ixtiraların istehsala təsiri ilə davam edən Sənaye İnqilabı mühüm
iqtisadi, siyasi və sosial deyişikliklərə səbəb olmuşdur. Bu araşdırmada daha ilk
illərində bədii, mədəni və sosial yanaşmaların daxil edilməsində əsas rol oynayan
konseptual konstruksiyaları ilə bəşəriyyətin inkişafına mane olan problemlərin
aradan qaldırılmasında Universal Sərgilərin əhəmiyyətinə geniş yer verilmişdir.
Bilavasitə bu tədbirin istər yerli, istərsə də qlobal səviyyədə mühüm kütləvi
informasiya vasitəsi kimi qəbul edildiyinə dair oxuculara bilgi verilmişdir.Müasir
dövrün bəlkə də əsasını təşkil edən bu inqilabın ictimai həyatın bir çox sahələrində
olduğu kimi sənət sahəsinə də təsirli olmuşdur. İnqilabla gələn dəyişiklik və
yeniliklər prosesi gündəlik həyatda məhsul və istehsalda, sənətdə məkan və məzmun
baxımından dəyişikliyə səbəb olarkən, bədii əsərlər de həm texnika, material, həm
də mövzuları baxımından dəyişikliyə məruz qalmışdır. Bundan əlavə, sərgi
meydançalarında böyük dəyişikliklər müşahidə olunmuşdur. Sərgi maketi kimi qəbul
edilən Universal Sərgilərdə sənaye inqilabının gətirdiyi konstruksiyalarda əsasən
şüşə və dəmir materiallardan istifadə edilərək sərgi məkanları təşkil olunmuşdur.
Bu sərgilərin festival ab-havası incəsənət əsərlərinin nümayiş olunduğu məkanlar
baxımından Universal Sərgilərdən Müasir İncəsənət Sərgilərinə qədər olan
35
“Sənət Akademiyası”____________________________________________________________
müddətdə diqqəti cəlb edir. İlin müəyyən vaxtlarında keçirilən yarmarkaları müasir
incəsənət festivalı hesab etmək olar.