Halifə Abdulməcid və Şişli emalatxanası


Creative Commons License

Mehdiyeva Azızzade T.

Senet Akademiyası (beynəlxalq elmi-nəzəri jurnal), cilt.3, sa.18, ss.59-80, 2022 (Hakemli Dergi)

Özet

Bu araşdırmada Osmanlı sülaləsinin yeganə rəssamı Halife Abdulmecit

Osmanlı maarifçiliyinin və müasirləşməsinin inkişafında və Şişli emalatxanasının

qurulmasındakı rolu, araşdırılaraq oxuculara təqdim edilmişdir. Türk rəngkarlıq

sənətinin qabaqcıllarından Halife Abdulmecit eyni zamanda senet hamisi, musiqi

və ədəbiyyat sahələrində də fəal olmuşdur. Tarixi süjetləri və Stanbul

mənzərələrini çəkən Əbdülməcid Əfəndi müxtəlif məzmunlu rəsmlərində xüsusiyle

de qadını passiv yox, mədəni, təhsilli bir şəxsiyyət kimi göstərirdi. 20-ci esrin

evvelleri Türkiye tarixinin en çetin dönemlerini yaşadığı ve tarixi sınaqdan keçdiyi

illərdə dövrün ən maraqlı hadisələrindən biri də Şişli Rəsm Emalatxanasının (1916

)yaradılması olmuşdu. Şişli Emalatxanası rəssamları və fəaliyyətləri Birinci Dünya

Müharibəsi illərində ölkənin döyüş ruhunu yüksəltmək üçün dövrün hökmdarları

tərəfindən döyüş rəsmləri çəkmək ideyasını irəli sürdülər. Məqalədə, bilavasitə,

emalatxananın fealiyyəti, genc rəssamların əsərləri analiz edilərək, rəsmlərindəki

qüdrət və suverenlik, vətənpərvərlik, hərbi nailiyyətlərin tərənnüm edilməsi

göstəriciləri oxuculara çatdırılmışdır.

Eyni zamanda bu mövqeni gələcək nəsillərə və cəmiyyətlərə çatdırmaq

qayğısından əlavə, Osmanlı İmperatorluğunun Qərbdə təhsil alan sənətçiləriylə

əldə etdiyi sənətinin səviyyəsinin de təbliğatı kimi dəyərlendirilə bilir. Bu nəsillə

fiqur, kompozisiya və çılpaqlıq çağdaş qərb sənəti anlayışında ilk dəfə türk rəsm

sənətinə daxil olur. Bir çox tedqiqatçıya görə Şişli Emalatxanası çıxan rəsmlərin

ölkə daxilində və xaricdə açılan sərgilərdə böyük nailiyyət qazanması nəticəsində

Osmanlı imperiyası artıq dünyada primitiv bir quruluş olaraq deyil, xüsusilə də

müttəfiq ölkələrdə bu sayədə nüfuzunu artıra bilmişdir.